AZ

Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb.
Bu barədə "Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.

Nəşr bildirib ki, hadisədə 11 nəfər ölüb.

"Welt” isə vurğulayıb ki, "BMW” markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib. Nəqliyyat vasitəsi icarəyə götürülüb.

Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə münasibət bildirib: "Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.

Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.

23:19
Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdiyi iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.

Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı qiymətləndirib.
 
 


phrase_var_article.chosen
0
5
7news.az

10phrase_var_article.sources