Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % azalaraq 75,12 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,94 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Müəllif: Teleqraf.com