AZ

ABŞ federal hökuməti fəaliyyətini dayandırdı

ABŞ federal hökuməti fəaliyyətini dayandırır.

Bu barədəLenta.ru-ya istinadən xəbər verilir.

Məlumata görə, buna səbəb ABŞ Senatının dekabrın 20-də Vaşinqton vaxtı ilə gecəyarısına qədər (Bakı vaxtı ilə 21 dekabr, 09:00) müvəqqəti büdcə layihəsini razılaşdırmağı çatdıra bilməməsi olub.

Həftəsonu olduğu üçün "şatdaun" (dayanma, fasilə - red.) rəsmi hesab olunur, lakin bazar ertəsinə - dekabrın 23-nə qədər qanun layihəsi Konqresin Yuxarı Palatası tərəfindən təsdiqlənməsə və Prezident Co Bayden tərəfindən imzalanmasa, o zaman federal hakimiyyətlər bazar ertəsindən etibarən işi faktiki olaraq dayandıracaqlar.

ABŞ lideri qanun layihəsini dəstəkləyəcəyinə söz verib.

Qeyd edək ki, bu, 1976-cı ildən bəri ABŞ tarixində 22-ci "şatdaun" olub. Ən uzunmüddətli "şatdaun" Donald Trampın birinci dövründə - 2018-ci ilin sonunda baş verib və 35 gün davam edib.

Mənbə: oxu.az

phrase_var_article.chosen
13
1
oxu.az

2phrase_var_article.sources