AZ

Ombudsman aparatının rəhbəri: "Bu tədbirə görə professor İlham Rəhimova təşəkkür edirik"

Professor İlham Rəhimovun təşkilatçılığı ilə baş tutan tədbir olduqca aktual məsələlərə həsr olunub.

Bu sözləri News24.az-a Ombudsman aparatının rəhbəri Aydın Səfixanov Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti barədə danışarkən deyib.

O qeyd edib ki, bu gün hüquq elminin qarşısında duran məsələlər, müasir dövrdə cinayət hüquq elminin formalaşdırılması mövzuları, eyni zamanda, cəzanın qarşısında duran məqsədlərin effektiv icra olunması baxımından, bundan başqa müəyyən növ növ cəzaların cinayətlərin cəzalandırılması baxımından yeni yanaşmalarla bağlı dəyərli alimlərin, ixtisaslaşmış mütəxəssislərin mühüm fikirləri və vacib təklifləri oldu. 

"İstər Rusiya, İstər şərqi Avropa, istərsə də Azərbaycan alimlərinin çıxışları böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu kimi tədbirlər hüquq elminin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bu tədbirə görə professor İlham Rəhimova təşəkkür edirik ki, hüquqşünaslar üçün belə bir vacib tədbir təşkil edib”.

Ağa Dadaşzadə

Seçilən
10
news24.az

1Mənbələr