AZ

Qaz limiti bu tarixdə yenilənəcək – 12 qəpik olacaq

Hər il olduğu kimi 2024-cü ilin sonunda qaz sayğaclarında limitlərin yenilənməsi baş verəcək.
Tribunainfo.az xəbər verir ki, bu sözləri  açıqlamasında “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, smart kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən, yenilənməni avtomatik olaraq həyata keçirəcək:

“Artıq dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanacaq.

Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvar tarixinə qədər çəkə bilər. Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta beş -6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur.

Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək”

Seçilən
36
28
tribunainfo.az

10Mənbələr