1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mərkəzi Seçki Komissiyası (MSK) 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında qərar qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Respublikaçı Alternativ (REAL), Ağ, Gələcək Azərbaycan, Ədalət, Vəhdət, Haqq Ədalət, Azərbaycan Demokrat, Azad Vətən, Müasir Müsavat və Yeni Zaman partiyalarının yanvarın 29-na təyin edilən bələdiyyə seçkisində səlahiyyətli nümayəndələri qeydə alınıblar.
Mərahim Nəsib