AZ

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək VİDEO

Xankəndi, 21 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ötən il Xankəndiyə qayıtdıq, dövlət başçısı tərəfindən Azərbaycan bayrağı ucaldıldı. Xankəndiyə idman da qayıtdı, dekabrın 21-də futbol üzrə ölkə kubokunun 8/1 final mərhələsi çərçivəsində “Qarabağ” və Mərkəzi Ordu İdman Klubu qarşılaşdı. Bundan əlavə, bu il Xankəndi–Bakı ultra marafonu təşkil olundu. Bu gün isə Xankəndidə badminton üzrə Azərbaycan çempionatı keçirildi.

Bunu Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir işğaldan azad olunmuş ərazilərdə növbəti illərdə həm yerli, həm də beynəlxalq yarışların keçiriləcəyini söyləyib: “50 il əvvəl 10-cu Azərbaycan çempionatı Xankəndidə keçirilmişdi. 50 il sonra badminton üzrə Azərbaycan çempionatı yenidən Xankəndidə keçirildi. Xankəndidə idman tədbirlərinin keçirilməsini növbəti illərdə də planlaşdırırıq. Nəinki yerli, eləcə də beynəlxalq tədbirlər keçiriləcək. Artıq Şuşada, Suqovuşanda, Füzulidə beynəlxalq yarışlar keçirilib. İstəyirik ki, növbəti illərdə həm bu yarışlar ənənəvi olsun, həm də yeni yarışlar keçirək”, – deyə nazir bildirib.

 

Seçilən
2
3
azertag.az

4Mənbələr