AZ

Paytaxtın yollarında TIXAC var

Paytaxtın mərkəzindəki bir çox küçələrdə sıxlıq müşahidə olunur.

Modern.az xəbər verir ki, artıq bir neçə saatdır ki, Füzuli, M.Əliyev, Ş.Bədəlbəyli və R.Rza küçələrində sıxlıq müşahidə olunmaqdadır.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumatda bildirilir ki, sıxlığın yaranması üçün hər hansı bir səbəb yoxdur.

"Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

10. Zərifə Əliyeva küçəsində;

11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

15. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

16. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

17. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;

18. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

19. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

20. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur", - deyə məlumatda qeyd olunur.

phrase_var_article.chosen
1
49
modern.az

10phrase_var_article.sources