Alborz Tibb Elmləri Universitetinin iranlı alimləri fastfud ilə depressiya riski arasında əlaqə aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə araşdırma "Journal of Affective Disorders" elmi nəşrində dərc olunub.
Ekspertlərin qənaətləri Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun 17,4 mindən çox iştirakçısının məlumatlarının təhlilinə əsaslanır.
Nəticələrə görə, qadınların 11% və kişilərin 7%-i depressiv simptomlar nümayiş etdiriblər.
Həftədə iki dəfədən çox fastfud yeyən insanların eyni dövrdə ikidən az fastfud istehlak edənlərlə müqayisədə depressiya riski 24% daha yüksək olub.