AZ

Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ölənlər var

Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyindədir. Həlak olanlardan ikisi pilot, biri həkim, digəri isə tibb müəssisəsinin işçisi olub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Seçilən
16
27
xezerxeber.az

10Mənbələr