Oğuzun Yaqublu və Yenikənd kəndlərində ev quşları kütləvi tələf olub. Quşlar arasında tələfat noyabr ayının sonundan başlayıb və bir həftə ərzində adıçəkilən kəndlərin əksər ərazilərini bürüyüb.
Day.Az Milli.Az-a istinadən bildirir ki, sakinlərin sözlərinə görə, axşam yemlədikləri ev quşları səhərə sağ çıxmayıb. Sakinlərin əksəriyyətinə 2000-3000 manat maddi ziyan dəyib.
Anidən xəstəliyə tutulan ev quşlarına bəzi dərmanlar verilsə də, tələfatın kütləviliyinin qarşısını almaq mümkün olmayıb.
Zərərçəkən Səadət Babayeva deyir ki, ev quşlarının hamısı qırılıb: "Onları bazarda satanda xeyli miqdarda pul alırdıq. Qazlarım dəli oldu, fırlanıb öldülər. Hind quşları və toyuqların hini boş qalıb, hamısı tələf oldu. 2000 manatdan çox ziyan dəyib