AZ

“Bura təcrübəli məşqçilər gəlib baş çıxara bilməyiblər” - Ayxan Abbasov

“Önəmli qələbə idi. Çoxdandı bunu istəyirdik. Son 4 matçda komandadan oyun baxımından çox razı qalmışdım. Bu gün də qələbəyə layiq idik. Çoxlu qol epizodlarımız oldu. İkinci hissədə daha diqqətli olduq. Çox sevinirəmki, gənc futbolçular inkişaf edir. Onları Azərbaycan futboluna qazandıqmaq istəyirik. Qışdan sonra çox çətin olacaq. Hər kəs güclənir. Biz də çalışacağıq ki, fasilədə güclənək. Yaxşı təlim-məşq toplanışı keçib qışdan sonrakı oyunlara hazırlaşacağıq”.

Publika.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Əzərbaycan Premyer Liqasının 18-ci turunun “Şamaxı” ilə matçından sonra keçirilmiş mətbuat konfransında danışıb.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Qış toplanışı ilə bağlı planınız necədir?

– Bakıda olacağıq. “Zirə” və “Sabah”la yoxlama oyunu keçirəcəyik. Vaxt azdır. Futbolçular yorğunluğu atmalıdır. İki həftəlik hazırlığı yaxşı keçəcəyik.

– Mövsümün əvvəlində qışa qədər neçə xal toplamağı planlaşdırmışdız?

– Minimum və maksimum var idi. Minimum 15, maksimum 20 xal düşünürdük. Amma bu aşağı da ola bilərdi, yuxarı da. Bəzi oyunlarda istədiyimizi ala bilmədik. Çempionatda gözlənilməz hallar olur, Premyer Liqamız gərgin keçir. Heç kim “Neftçi”nin ilk üçlükdə olmayacağını gözləmirdi. Ötən mövsüm “Qəbələ”nin Premyer Liqanı tərk etməsi sürpriz oldu. Topladığımız xal Premyer Liqada qalmaq üçün hələ ki, pis deyil.

Seçilən
45
6
publika.az

10Mənbələr