AZ

Kişi 18 yaşlı həyat yoldaşını atasının evində öldürdü

Ağstafa rayonunda qətl hadisəsi qeydə alınıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

Ağstafa rayon sakini 23 yaşlı İlyas Qədimov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 18 yaşlı Mədinə Qədimovanı qətlə yetirib.

Qeyd edək ki, hadisə qadının ata evində törədilib. Artıq polis qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
13
14
heftelik.az

10Mənbələr