AZ

Sallivan: Zəifləmiş İran nüvə silahı hazırlaya bilər

ABŞ prezidenti Co Baydenin administrasiyası zəifləmiş İranın nüvə silahı yaratmaq qərarına gələ biləcəyindən narahatdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü CNN telekanalına müsahibəsində deyib.

Sallivan “İsrailin raket fabrikləri və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla İran ərazilərinə son zərbələrinə” istinad edərək, Tehranın “konvensional imkanları”nın da azaldığını bildirib.

“İranda “ bəlkə biz indi nüvə silahı yaratmalıyıq?”... Biz nüvə doktrinamızı yenidən nəzərdən keçirməli ola bilərik”, kimi düşüncələr oyana bilər”-deyə ABŞ rəsmisi qeyd edib.

Ağ Ev rəsmisinin sözlərinə görə, indi İranın “nüvə silahı yaratmayacağıq” mövqeyinə yenidən baxacağı ilə bağlı “real risk” mövcuddur.

Musavat.com

phrase_var_article.chosen
12
16
musavat.com

10phrase_var_article.sources