AZ

Biri danışıq aparır, o biri havadan qorxub – “Sumqayıt”ı yalqız qoyanların cavabı

“Sumqayıt” “Kəpəz”lə səfər matçında dəstəksiz qaldı. Tovuzda nə “UltraSumqayıt” var idi, nə də “Kimyaçılar”.

“Football-plus.az” olaraq, hər iki azarkeş qrupunun rəhbərindən bununsəbəbini soruşduq.

Qüdrət Allahverdiyev (UltraSumqayıt):
“UltraSumqayıt” olaraq, danışıqlar aparmalıyıq. Bu fanklub Sumqayıt əhalisinindi. Onların fikirləri bizim üçün çox önəmlidi. Klub tərəfindən heç bir kömək olmayacaq. Biz də onlardan bunu gözləmirik”.


Sənan Mirzəyev (Kimyaçılar):
“Tovuzdakı oyunda olmamağımızın səbəbi odu ki, havanı çox qarlı, yağışlı demişdilər. Buna görə risk etmədik”.


ƏSƏD SEYİDOV
Seçilən
15
football-plus.az

1Mənbələr