AZ

9 ayda Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AZərbaycandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Gürcüstana 36 milyon 82 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 695 min manat və ya 15,7% azdır. Ötən ilin eyni dövründə bu məbləğ 42 milyon 777 min dollara bərabər olub. 

Qeyd edək ki, 9 ayda Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 8,8% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
8
4
banco.az

5Mənbələr