AZ

Türkiyənin bu addımını unutmayacağıq - Colani

Türkiyə xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik.

Olaylar bildirir ki, bu sözləri Suriyada yeni hökumətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd Colani - red.) deyib.

"Biz Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət veririk. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq", - Şara bildirib.

O, həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

"Bəşər Əsəd getdi. Burada günahsız insanlar cəzalandırılmamalıdır". (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
3
olaylar.az

10Mənbələr