AZ

Yakutiyada 50 Min illik tapıntı: Tarixi kəşfə “Yana” adı verildi – ÖZƏL

Yakutiyada alimlər təxminən 50 min illik tarixi olan və mükəmməl qorunub saxlanılmış mamont balasının qalıqlarını aşkarlayıblar. 

Olaylar.az xəbər verir ki, bu mühüm tapıntı haqqında Şimal-Şərq Federal Universitetinin (ŞŞFU) muzey şöbəsinin müdiri Maksim Çeprasov məlumat verib.

Çeprasov və ŞŞFU-nun rektoru Anatoli Nikolayev bu nadir elmi artefaktı təqdim ediblər. Çeprasov bildirib ki, tapılmış mamont balasının qalıqları dünyada aşkar edilən ən yaxşı qorunan nümunələrdən biridir. Mütəxəssislər qeyd edirlər ki, dünyada indiyə qədər cəmi altı belə tapıntı qeydə alınıb, onların beşi Rusiyada aşkarlanıb.

Mamont balasının qalıqları iyun ayında Batagayka ərazisində yerli sakinlər tərəfindən tapılıb. Qalıqlar iki hissəyə - ön və arxa hissələrə ayrılmış vəziyyətdə olub. Alimlər izah edirlər ki, ön hissə əvvəlcə buz qatından çıxaraq öz ağırlığı altında çökmüş, arxa hissə isə buzun içində qalmağa davam edib. Yerli sakinlər sadə vasitələrlə qalıqları çıxarıb, onları buzlu şəraitdə saxlayaraq alimlərlə əlaqə saxlayıblar.

Oktyabr ayında qalıqlar Yakutsk şəhərinə gətirilib və ŞŞFU laboratoriyasında genetik araşdırmalara başlanılıb. Alimlər mamont balasının dişi olduğunu və bir yaşında öldüyünü müəyyən ediblər. Heyvanın çiyin hündürlüyü 120 sm, uzunluğu isə təxminən iki metrdir.

Tapıntıya "Yana" adı verilərək, adını Verxoyansk rayonunda axan eyni adlı çaydan götürüb. Bu barədə rektor Anatoli Nikolayev məlumat verib və tapıntının region və dünya elmi üçün əhəmiyyətini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
50
olaylar.az

10Mənbələr