AZ

Bu il tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb - Vüqar Qurbanov

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmətgöstərilib.

Trend xəbərverir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin(TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransındadeyib.

O bildirib ki, 2023-cü ildə isə 20.3 milyon müraciət qeydəalınıb, 63.8 milyon tibbi xidmət göstərilib:

“Cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayındaisə 20%-lik artım qeydə alınıb.

2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilinyanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyonolub. Bu isə keçən illə müqayisədə 34% artım deməkdir”.

V.Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr aylarıərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib.

Seçilən
25
4
az.trend.az

10Mənbələr