Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Din Xadimlərinin Forumu keçirilir. Forum “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, din xadimləri “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədə aktual məsələləri müzakirə edir.
Tədbir çərçivəsində “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusunda fotosərgi nümayiş etdiriləcək.