AZ

Türkiyədən ABŞ-yə sement ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən ABŞ- yə sementməhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faizazalaraq, 630 milyon 966 min 45 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin noyabr ayında Türkiyədən ABŞ-yə 51 milyon 995 min 14dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilinnoyabr ayı ilə müqayisədə 12,9 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənindünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı iləmüqayisədə 6,4 faiz azalaraq, 4 milyard dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 346 milyon dollar məbləğindəsement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə0,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024)Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Seçilən
16
18
az.trend.az

10Mənbələr