AZ

Türkiyədən Səudiyyə Ərəbistanına polad ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Səudiyyə Ərəbistanına polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 16 faiz artaraq, 109 milyon 644 min 70 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin noyabr ayında Türkiyə Səudiyyə Ərəbistanına 8 milyon 855 min 67 dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 55,6 faiz artaraq”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,9 faiz artaraq, 14,7 milyon dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,5 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Seçilən
1
46
turkic.world

10Mənbələr