AZ

Ceyhun Bayramov Serbiyada Səfirlər Konfransında çıxış edib

zərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində Belqradda Səfirlər Konfransında çıxış edib.

SeherXeber.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ikili standartlar, beynəlxalq hüququn selektiv tətbiqi də daxil olmaqla ümumi regional çağırışlara toxunub.

Hər iki ölkənin xarici siyasətinə rəhbərlik edən suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsinin əhəmiyyəti vurğulanıb.

C.Bayramov, həmçinin Azərbaycanın Avropanın enerji şaxələndirilməsindəki mühüm rolu, eləcə də Xəzər və Qara dəniz hövzələri vasitəsilə Avropa və Mərkəzi Asiyanı birləşdirəcək gələcək "yaşıl enerji" planları haqqında ətraflı danışıb.

Seçilən
11
16
seherxeber.org

10Mənbələr