AZ

Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevinsiyasi iradəsinin, uğurlu siyasət strategiyasının, düzgünmüəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətininməntiqi nəticəsidir.

Bu gün böyük inamla qeyd edirik ki, Ümummilli Lider HeydərƏliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfəri,ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda yaratdığıreallıqlarla dünyanın diqqətindədir. Son 21 ildə Ulu Öndər HeydərƏliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlhamƏliyev 2003-cü ildə ölkəmizdə keçirilən Prezident seçkilərindəxalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdənsonra andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inamınıifadə edərək qarşıda dayanan vəzifələrin uğurlu icrası,Azərbaycanın daha qüdrətli, zəngin ölkəyə çevrilməsi üçün HeydərƏliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 21 ildəhəyata keçirlən siyasət sözlə əməl birliyinin, Heydər Əliyevsiyasətinə sadiqliyin göstəricisidir. Dövlətimizin başçısı İlhamƏliyev bu ilin fevralında müstəqillik tarixində ilk dəfə olaraqbütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlıqələbəsindən sonra andiçmə mərasimində ötən 20 ilin uğurlarınasöykənərək bir daha bu reallıqlara diqqəti yönəltdi ki, 2003-cüildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqımı əmin etmişdimki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksəketimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlədolu illər oldu. Çətinliklər də, problemlər də oldu. AncaqAzərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə vəproblemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurlagetdi.

Müasir dövlətçilik tariximizə möhtəşəm 20 il kimi yazılan ötəndövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlhamƏliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi siyasətnəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə dinamik inkişafıilə seçilən ölkə kimi inteqrasiya etdi. Məhz bu keyfiyyətlərinəgörə xalqımız 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilənprezident seçkilərində ətrafında sıx birləşdiyi Prezident İlhamƏliyevə etimadını təkrarladı.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanı sürətlə inkişafetdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham ƏliyevinLiderliyi sayəsində ölkəmiz regionda və dünya birliyində sözsahibliyi qazandı. Prezident kimi fəaliyyətə başladığı ilk gündənAzərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimiqarşısına qoyan Prezident İlham Əliyev dövlətimizin iqtisadi vəhərbi gücü ilə vədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edənAzərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlargətirdi. Prezident İlham Əliyevin Prezident kimi fəaliyyətbaşladığı ilk günlərdən imzaladığı “Azərbaycan Respublikasındasosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”Fərmanı ilə iqtisadi inkişaf konsepsiyamızın əsası qoyuldu. Ölkəninhərtərəfli inkişafına dair davamlı və sistemli Dövlət Proqramlarıqəbul olundu. Respublikamızın sosial-iqtisadi inkişafınındinamikası, strategiyası dəqiqliklə müəyyənləşdirildi. Regionlarınsosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramının həyatakeçirilməsi ilə bölgələrdə yeni iş yerləri, istehsal müəssisələri,sənaye obyektləri yaradıldı. Atılan bu addımların təməlində insanamili dayanır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarındabildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Bu mühümməqam da ilk gündən bəyan edildi ki, sosial-iqtisadi göstəriciləryalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünün aydınifadəsini tapmalıdır. Təbii ki, bu uğurlara yol açan Ümummili LiderHeydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Bustrategiyanın uğurlu icrası nəticəsində Azərbaycan etibarlıtərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bunun bariz nümunəsi2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrinmüqaviləsi”nin imzalanması, eyni zamanda, 2014-cü ildə Cənub QazDəhlizinin təməlinin qoyulması oldu. 2020-ci ilin dekabrında CənubQaz Dəhlizi tam tərkib istifadəyə verildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizin dünyanın enerji vənəqliyyat layihələrinə yeni nəfəs gətirməsi Prezident İlhamƏliyevin siyasi iradəsinin, uğurlu xarici siyasət strategiyasının,düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörənsiyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısınınAzərbaycanı “yaşıl enerji” ölkəsinə çevirmək siyasəti dünyadövlətləri tərəfindən dəstəklənir, tanınmış ölkələrin,investorların alternativ enerji layihələrinə marağı artırır. Avropaİttifaqı ilə Azərbaycan arasında enerji sahəsində stratejitərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə ölkəmizinqitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənib. Ötən ayAzərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ölkəmizin enerjidiplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı.Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə önəmverməsi bugünümüzə və gələcəyimizə yönələn siyasətinin əsas tərkibhissəsi idi. Son 21 ildə neft gəlirlərinin idarə edilməsindəşəffaflığın qorunması ilə qeyri-neft sektorunun inkişafına yönələnlayihələrin uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadiinkişafında əhəmiyyətli rol oynadı. Bu günədək ölkə iqtisadiyyatına310 milyard dollar investisiyanın yatırılması, bunun 200 milyarddollarının qeyri-neft sektorunun payına düşməsi uğurlu iqtisadisiyasətin nəticəsidir. Azərbaycan dünyaya əməkdaşlığın yenimodelini təqdim etməklə birgə səylərin, təcrübə mübadiləsininnəticəsində davamlı iqtisadi inkişafa nail olur. Əməkdaşlığınregional çərçivədən çıxaraq beynəlxalq miqyas alması qarşıyaqoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin qorunması bu gündünyaya səs salan tarixi Zəfərimizdə öz sözünü dedi.

Milli Məclisin deputatı bildirib ki, 21 ilin uğurlarından bəhsedərkən Azərbaycanın iqtisadi imkanlarının artması ilə digərsahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətlərixüsusi qeyd etməliyik:

"Müharibə şəraitində yaşayan ölkə üçün qüdrətli iqtisadiyyatın,güclü ordunun olması vacib şərtlərdəndir. Prezident İlham Əliyevilk gündən torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsasvəzifə kimi qoyaraq Qələbəyə imza atmaq üçün bütün zəruri amillərinmövcudluğuna səy göstərdi. Azərbaycan hər bir sahədə böyük uğurlaraimza atdı. Ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşdı.İnformasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın imza atdığıdiplomatik uğurlarda özünün aydın ifadəsini tapdı. Bütün buuğurlara yol açan əsas amillərdən biri Xalq-Prezident birliyi,həmrəyliyidir. Bu birlik Azərbaycanı yeni-yeni hədəflərə doğruinamla addımlamasını şərtləndirir. Dövlətimizin başçısı, MüzəffərAli Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan etdiki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olabilməz. Sülh danışıqları səmərə vermədiyi təqdirdə məsələnin hərbyolu ilə həlli qaçılmazdır. Təbii ki, bu əminliyə əsas verənAzərbaycanın tarixi ədalətə söykənən siyasəti, bütün sahələrdəqazandığı uğurlar, güclü ordu, xalqımızın birliyi, həmrəyliyi, eynizamanda, diplomatik mübarizədə qələbə idi. 2020-ci ilin 27 sentyabrtarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinimüxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin,xalqımızın səbir kasasının dolmasına səbəb oldu. Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin “Hücum!” əmrini böyük ruhyüksəkliyi ilə qarşılayan rəşadətli Ordumuz ilk gündən qələbəmüjdələri ilə gücünü, qüdrətini nümayiş etdirdi. 44 gündə 5 şəhəri,4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etməkPrezident-Xalq-Ordu birliyinin təqdimatı oldu. Azərbaycanınhərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqiolan 10 noyabr 2020-ci il tarxili üçtərəfli Bəyanata görə Ağdam,Kəlbəcər və Laçın bir güllə atılmadan belə Azərbaycana təhvilverildi. Tarixi Zəfərmizdən üç il sonra rəşadətli Ordumuzun həyatakeçirdiyi lokal antiterror tədbirlərinin səbəbləri bəllidir. Birgünlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimizseparatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. 20sentyabr tarixmizə Dövlət Suverenliyi Günü kimi daxil oldu".

Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsindəkiZəfərdən sonra azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinəbaşlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyadatanıdır: "Qısa müddətdə 5 şəhərin, 4 qəsəbənin sakinlərinəqovuşması özündə bütün məqamları ehtiva edir. Bu gün Prezidentİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətininən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdəbərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramınınuğurlu icrasıdır. Uğurlarımızın miqyası genişdir. Reallıq budur ki,dövlətimizin başçısı İlham Əliyev hər bir vədini əməldə təsdiqetməklə bu çağırışını təsdiqləyir ki, biz nəyi deyiriksə, onu daedirik. Dövlət başçısı İlham Əliyevin və Birinci xanım MehribanƏliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri görülənişlərlə tanışlıq, yeni sosial obyektlərin açılışına və təməlqoymamərasimlərinin keçirilməsi ilə müşayiət olunur. Bu uğurlarıntəməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmışardıcıl siyasət, liderlik yenilməzliyi və nəhayət, güclü Azərbaycanamili dayanır. Qalib Azərbaycan qarısına qoyduğu yeni hədəflərədoğru inamla addımlayır".

Məqalədə:
Seçilən
2
9
az.trend.az

10Mənbələr