Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək.
Bizim.Media verir ki, hazırlıq prosesini Bakıda keçirəcək “qırmızı-ağlar” iki yoxlama oyununda gücünü sınayacaq.
Baş məşqçi Elmar Baxşıyev komandanı əvvəlcə klubun əvəzediciləri ilə görüşdə sınayacaq. Bu oyun yanvarın 8-nə planlaşdırılıb. Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta