Sağlam qidalanma körpənin cinsiyyətində mühüm rol oynayır. Hamiləlikdən ən az 3 ay əvvəl başlayan pəhriz ilə qız və ya oğlan uşaq sahibi olmaq 80% mümkündür.
Ginekologiya və doğuş üzrə mütəxəssis, professor Qazi Yıldırım bu çərçivədə körpə istəyən cütlüklərə mühüm məsləhətlər verib.
Doktorm.az həmin qidaları təqdim edir:
Oğlan istiyənlər üçün qidalanma
Şirin: Meyvə və tərəvəz önəmlidir. Südlü desertlərə üstünlük verilə bilər.
Duz: Sağlamlıq riski yoxdursa, bütün qidalar mümkün qədər duzlu istehlak edilməlidir.
İçkilər: Çay, qəhvə, təbii şirə.
Süd və pendir: Kərə yağı və südsüz kremlər istehlak edilə bilər.
Ət: İstədiyiniz qədər qırmızı ət və toyuq istehlak edilə bilər.
Balıq: Xüsusilə duzlu və qurudulmuş balıq istehlak etmək tövsiyə olunur. Konservləşdirilmiş sardina, qızılbalıq, ton balığı və skumbriya məsləhətlidir.
Yumurta: Həftədə bir və ya iki dəfə digər qidalarla birlikdə istifadə edilə bilər.
Taxıllar: Düyü, un və irmikdən (manna yarması) istifadə etməyə icazə verilir. Normal çörək, südsüz peçenye, duzlu qəlyanaltı biskvitlər (pendirsiz) istehlak edilə bilər.
Tərəvəz: Kələm, lobya, noxud, mərci və qarğıdalını istədiyiniz qədər yeyə bilərsiniz.
Meyvələr: Bütün meyvələr istehlak edilə bilər. Qurudulmuş meyvələr arasında gavalı, üzüm, xurma, əncir, şabalıd və ərik tövsiyə olunur.
Ədviyyatlar: Sarımsaq, razyana, keşniş, cirə, karri, dəfnə, ətirli bibər, zəncəfil, muskat qozu, qırmızı bibər, mixək və nanə.
Qız istiyənlər üçün qidalanma
Meyvələr: Təzə və ya kompot şəklində istehlak edilə bilər. Daha çox turş meyvələrə üstünlük verilməlidir.
İçkilər: Gündə ən az 1 litr süd istehlak etmək tövsiyə olunur.
Ət: Gündə maksimum 130 qram istehlak ediməlidir. Mal, dana, quş, quzu, qoyun əti arzuolunandır.
Balıq: Gündə maksimum 130 qram yeyilə bilər. Təzə və ya dondurulmuş balıq qaynadılmış, duzsuz istehlak edilməlidir.
Yumurta: İstifadəsi limitsizdir, lakin duz və pendir yemək olmaz
Südlü qidalar: Duzsuz yağ və qatıq istehlak edilə bilər. Ancaq bütün pendirlər və dondurmalar qadağandır.
Çörək: Duzsuz çörək yeyilməlidir. Evdə çörək hazırlanırsa, maya istifadə olunmamalıdır.
Taxıllar: Düyü, makaron, irmik, un və qarğıdalı nişastasına icazə verilir. Qurudulmuş lobya, mərci və noxud istehlak etməyin.
Tərəvəz: Kartof gündə maksimum 150 qram, həftədə maksimum 3 dəfə yemək olar. Yerkökü, yaşıl lobya, çuğundur, soğan, xiyar, turp və bibər (hər 15 gündən bir) istehlak edilməlidir.
Çərəzlər: Qoz, fındıq, badam və fıstıq duzsuz istehlak edilə bilər.
Duz: Bütün qidaları duzsuz qəbul etməyi məsləhət görürük. //Publika.az