Demokrat.az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.
Kajima tikinti korporasiyası ilə birlikdə elm adamları “Neo Lunar Glass” adlı iddialı bir layihə elan etdilər.
Layihə Ayda hündürlüyü 400 metr, diametri 200 metr olan parabolik strukturun tikintisini nəzərdə tutur. Tikilinin içərisində Yerin cazibə qüvvəsini süni şəkildə simulyasiya etmək üçün fırlanma hərəkətindən istifadə ediləcək.
Layihənin 10 minə qədər insanı mənzillə təmin edə biləcəyi planlaşdırılır.
1:2000 miqyaslı ilk prototip artıq təqdim olunub. Kioto Universitetinin professoru Yosuke Yamaşiki bu texnologiyanın unikallığını qeyd edərək, oxşar inkişafın başqa ölkələrdə olmadığını vurğulayib.
Qeyd olunur ki, bir çox yapon korporasiyaları Ayın tədqiqi layihələrində fəal iştirak edir. Məsələn, Toyota avtomobil şirkəti Yerin peykinin səthində kəşfiyyat və hərəkət üçün Ayda gəzinti aparatları hazırlayır.
Əfsanə Kamal
Demokrat.az