AZ

İsrail husilərin hücumlarına İrana birbaşa zərbələrlə cavab verə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Yəməndəki husilərin hücumlarına cavab olaraq İrana birbaşa zərbələr endirməyi düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, İsrailin hərbi və siyasi dairələri hesab edir ki, İran İsrailin mümkün hücumuna hazırlaşmağa başlayıb. Belə ki, İran ərazisində açıq-aşkar hazırlıq əlamətlərinin olmamasına baxmayaraq, İsrailə qarşı təhdidlər yenidən güclənib.
Hazırda husilərin Yəməndən İsrailə qarşı hücumlarının artması ilə eyni vaxtda rəsmi Tel-Əviv İrana birbaşa zərbə endirmə ehtimalını müzakirə edir.
Bildirilir ki, Tehran onun əleyhinə işləyə biləcək bir neçə amildən xəbərdardır. Bunlar İran hava məkanında İsrail təyyarələrinin məhdudiyyətsiz hərəkəti, "Hizbullah"a qarşı ciddi hücumlar, eləcə də Trampın Ağ Evə qayıtmasıdır.
Seçilən
8
35
oxu.az

10Mənbələr