1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Hazırda, istintaqın getdiyi bir vaxtda Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə çıxışı zamanı deyib.
"Hazırda istintaq gedir gedir, istənilən aviasiya hadisəsi xüsusi aviasiya orqanları tərəfindən araşdırılmalıdır. Bu təhqiqatın bitməsini gözləmək lazımdır", - deyə Kreml nümayəndəsi bildirib.
"İstintaqın nəticələrindən əvvəl hər hansı bir fərziyyə qurmaq düzgün olmazdı və biz, əlbəttə ki, bunu edə bilmərik və heç kim də bunu etməməlidir", - deyə o qeyd edib.