AZ

Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmayacağı təqdirdə kanala nəzarəti bərpa etmək istədiyini deməsindən sonra Panama hökumətinə dəstəyini ifadə edib.

“Report” xəbər verir ki, o, bu barədə ənənəvi səhər mətbuat konfransında bildirib.

“Dünən Panama Prezidenti bildirib ki, kanal panamalılara məxsusdur, həqiqətən də Panama kanalı panamalılara məxsusdur. Panama Prezidentinə və bu ölkənin xalqına həmrəyliyimizi və dəstəyimizi bildiririk”, - o deyib.

Xatırladaq ki, bazar günü Tramp “Truth Social”dakı postunda ABŞ-nin Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmayacağı təqdirdə ona nəzarəti geri tələb edə biləcəyini bildirib. O, kanaldan istifadəyə görə tətbiq edilən yüksək tarifləri tənqid edib və vurğulayıb ki, 1999-cu ildə kanala nəzarətin verilməsi digər ölkələrə güzəşt yox, əməkdaşlıq jesti idi, eyni zamanda Panama hakimiyyətini öz siyasətinə yenidən baxmağa çağırıb. Panama Prezidenti Xose Raul Mulino isə bildirib ki, kanalın suverenliyi və ölkənin müstəqilliyi danışıqlar mövzusu ola bilməz.

Seçilən
1
6
azpolitika.info

7Mənbələr