“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. AFN.az xəbər verir ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less