AZ

Türkiyədən İraqa dəri məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən İraqa dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq, 95 milyon 807 min 55 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyədən İraqa 10 milyon 245 min 93 dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq, 1 milyard 416 milyon 716 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 116 milyon 680 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 1 milyard 532 milyon 239 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Seçilən
3
49
turkic.world

10Mənbələr