AZ

Beynəlxalq Bankın şöbə müdiri hakim qarşısında

"Azərbaycan Beynəlxalq Bankı"nın sabiq şöbə müdiri Natiq Nüsrətzadənin apellyasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimin anket məlumatları dəqiqləşdirilib.

Natiq Nüsrətzadə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinərək həbsə alınıb. Cinayət işində zərərçəkən qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC tanınır. Natiq Nüsrətzadə həmin bankın nəqliyyat departamentinin müdiri vəzifəsində işləyib. O, işlədiyi dövrdə bankın 48 min manatını mənimsəyib, həmin ziyandan isə cəmi 21 min manatı geri qaytarıb.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Nüsrətzadə ittiham üzrə təqsirli bilinib. Barəsindəki polisin nəzarəti altına vermə ittihamı dəyişdirilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Seçilən
37
50
yenisabah.az

10Mənbələr