AZ

Nəriman Axundzadə dünyada ilk 10-luğa düşdü

CIES bu mövsüm ölkə çempionatlarında sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və onlara qapıya zərbə vurmaq imkanı yaradan 21 yaşadək futbolçuların adlarını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, ilk “10-luq”da Azərbaycan millisinin üzvü Nəriman Axundzadə də var.

“Qarabağ”ın hücumçusu 75,1 əmsalla dünyada 7-ci yerdə göstərilib. Bu siyahıya “Real”ın türkiyəli futbolçusu Arda Gülər başçılıq edir – 81,4 əmsal.

Qeyd edək ki, araşdırma 64 liqada çıxış edən 2004-cü il və daha sonra anadan olmuş oyunçular arasında aparılıb.

Seçilən
3
7
operativmedia.az

8Mənbələr