Bu gün Parisdə avtomobil qəzasında dünyasını dəyişən rusiyalı model, "Miss Moskva" müsabiqəsinin keçmiş iştirakçısı və teleaparıcı Svetlana Savitskaya ilə vida mərasimi keçirilib.
Mynews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Parisdə dünyasını dəyişən rusiyalı qadının cənazəsi bu gecə paytaxta çatdırılıb.
Svetlananın anası Natalyanın verdiyi məlumata görə, Fransa cəsədin daşınmasının təşkili və ödənilməsi ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürüb.
Xatırladaq ki, Svetlana Savitskaya noyabrın 30-da dünyasını dəyişib. O, Parisdə avtomobilini başqa maşına çırpılmaqdan yayındırmağa çalışan 20 yaşlı yanğınsöndürənin piyada keçidinə çıxması nəticəsində həlak olub. Avtomobil sürüşərək modelin dayandığı səkiyə çıxıb və model yerindəcə həyatını itirib.