AZ

Tramp yenə kriz yaratdı

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp Danimarkaya məxsus olan Qrenlandiya və Panama kanalına sahiblik tələb edib. 

“Cebheinfo.az” xəbər verir ki, Panama kanalının ABŞ-yə qaytarılmasını tələb edə biləcəyini və Danimarkanın Qrenlandiya muxtar bölgəsinə sahiblik və nəzarətin "mütləq zərurət" olduğunu iddia etdikdən sonra hər iki ölkə Trampa reaksiya verib. Belə ki, Qrenlandiyanın Baş naziri Mute Egede dünən verdiyi yazılı açıqlamada bölgənin satılmadığını bildirib. 

Egede "Qrenlandiya bizimdir. Satılmır və heç vaxt da satılmayacaq. Uzun illər azadlıq uğrunda verdiyimiz mübarizəmizi itirməməliyik",- deyib. Trampın Panama kanalının ABŞ-yə qaytarılmasını istəyə biləcəyi ilə bağlı açıqlamalarına reaksiya verən Panama xalqı Trampın plakatlarını yandırıb. 

Həmçinin, Panamada ən güclü həmkarlar ittifaqlarından biri olan İnşaat və Bənzər Sektorlarda İşçilərin Milli Birliyinin (Suntracks) liderliyi ilə meydanlara çıxan xalq Panama Parlamenti qarşısında Trampa etiraz edib. 

Nümayişçilər ABŞ bayraqlarını və Trampın plakatlarını yandıraraq Prezident Xose Raul Mulinoya dəstək olduqlarını bildiriblər. 

Suntracks "Biz Donald Trampın təhdidlərini qətiyyətlə rədd edirik. Bu bölgə panamalılara məxsusdur. Biz suverenliyimizi və kanalımızı qorumaq əzmindəyik",- deyə qeyd ediblər. Kolumbiya Prezidenti Qustavo Petro, Meksika Prezidenti Klaudiya Şeynbaum və Venesuela hökuməti də Panamanın kanal üzərindəki suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayaraq Mulinoya dəstək mesajları göndəriblər. 

Mulino sosial media hesabında beynəlxalq ictimaiyyətə təşəkkür edib: "Bütün panamalılar adından müxtəlif dövlət başçılarından, keçmiş dövlət başçılarından, beynəlxalq təşkilat rəhbərlərindən və vətəndaşlardan həmrəylik mesajlarına görə minnətdarıq. Panama Kanalı bu gün və həmişə dünya ticarətinə xidmətə davam edir”. 

Seçilən
15
50
cebheinfo.az

10Mənbələr