Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada heyvanlardan insanlara keçən "Lassa" qızdırması səbəbiylə bu il 190 nəfər ölüb.Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə "Lassa" qızdırması hallarında və ölümlərdə həyəcanverici artım olduğunu bildirib.İdris bildirib ki, bu il ölkədə 9492 şübhəli "Lassa" qızdırması halı aşkarlanıb və onlardan 1154-ü testlərdə pozitiv çıxıb.Bu il "Lassa" qızdırması səbəbiylə 190 nəfərin həyatını itirdiyini ifadə edən İdris, epidemiyaya bağlı ölüm nisbətinin daim yüksək olaraq qaldığını bildirib.Hökumət ölkə daxilində epidemiya səbəbiylə 3 dərmanın müəyyən edildiyini açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta