AZ

Daun sindromu müalicəsində inqilab - Yeni dərman icad edildi

Daun sindromu müalicəsində inqilab - Yeni dərman icad edildi

Daun sindromlu insanlara həyat keyfiyyətini artıracaq yeni bir dərman hazırlanıb.

Qlobal.net xəbər verir ki, Fransa və İtaliya alimləri tərəfindən AEF0217 adlı molekula əsaslanan bu preparat artıq sınaq mərhələsinə keçib. Alimlər dərmanın Daun sindromlu insanların beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini təsdiqləyiblər.

Barselona Elmi Tədqiqat İnstitutunda aparılan klinik sınaqlara 18-35 yaş arasında olan Daun sindromlu 29 nəfər cəlb edilib. Könüllülərə AEF0217 molekulunu ehtiva edən, hələ ad verilməyən yeni preparat 21 gün ərzində təqdim olunub.

Bu molekul beynin müdafiə mexanizmini imitasiya edir, neyronlar arasındakı hiperaktivliyi azaldır və nəticədə koqnitiv davranışlarda əhəmiyyətli yaxşılaşmalar təmin edir. Alimlərin sözlərinə görə, bu, Daun sindromlu insanların yaddaş, diqqət və ümumi koqnitiv funksiyalarında irəliləyişə səbəb olub.

Sınaqların ilk mərhələsinin uğurla tamamlanmasından sonra tədqiqat komandası 2025-ci ildə ikinci faza sınaqlara başlayacaq. Əgər bu mərhələ də müsbət nəticələr versə, dərman 1 il ərzində kommersiya istifadəsinə təqdim edilə bilər.

Bu dərman Daun sindromlu insanların gündəlik həyatını xeyli asanlaşdıracaq. Onların koqnitiv qabiliyyətlərinin artması, təhsil və iş imkanlarının genişlənməsi ilə yanaşı, ailə üzvlərinin də həyat keyfiyyətinə müsbət təsir göstərə bilər.

Dərmanın yaxın illərdə bazara çıxarılması, həm elm, həm də sağlamlıq sahəsində inqilabi bir irəliləyiş olacaq. (milli.az)

Seçilən
4
5
qlobal.net

10Mənbələr