AZ

İran Suriyaya uçuşları dayandırdı

İran Suriyaya uçuşları yanvarın 22-nədək dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə açıqlama verib.

"Bir ölkəyə uçmaq üçün təyinat ölkəsi giriş icazəsi verməlidir. Hazırda Suriyaya uçuşlar yanvarın 22-nədək həyata keçirilməyəcək. Lakin Livana uçuş qadağası yoxdur”, - deyə o bildirib.

Oxşar vəziyyətin yaşandığı Misirlə bağlı iki ölkənin səlahiyyətlilərinin ortaq qərara gəlməsi lazım olduğunu bildirən Purfərzanə İrandan Misirə, Misirdən İrana uçuşlar edilə biləcəyini qeyd edib.

Seçilən
1
1
publika.az

2Mənbələr