AZ

Ermənilər Xalq artistinin daha bir mahnısını oğurladılar

Ermənilər bu dəfə Xalq artisti Brilliant Dadaşovanın "Yeni il" mahnısını oğurlayıb. 

Milli.Az bildirir ki,  bu haqda Axşam.az-a açıqlamasında bəstənin müəllifi Gülər Həsənli deyib. O bildirib ki, sözləri Baba Vəziroğluna aid olan mahnı 1998-ci ildə yazılıb. 

Mahnını Tiqran Asatryan 2021-ci ildə oxuyub və ona klip çəkdirib. O, mahnının müəllifi kimi Levon Abrahamyanı göstərib. 

G.Həsənli bildirib ki, müəllif hüquqlarını qorumaq üçün bəzi qrumlara müraciət etməyi planlaşdırır.

Milli.Az

Seçilən
1
12
milli.az

10Mənbələr