AZ

Gədəbəy sakini ovda güllə yarası alıb

Gədəbəydə ova gedən 36 yaşlı kişi güllə yarası alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qoşabulaq kəndi ərazində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü T.Qasımov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, T.Qasımov dağlıq ərazidə ov edən zaman silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun ayağından dəyib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
64
4
apa.az

10Mənbələr