AZ

Trampın avtomobilplanları

ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 1 aydan da az vaxt qalıb. Son həftələrdə gələcək prezidentin planları daha çox üzə çıxır. 

Avtosfer.az xəbər verir ki, Tramp ikinci mandatı zamanı iqtisadi məsələlərə daha çox diqqət yetirəcək. Qərb mətbuatının məlumatına görə, onun ilk addımlarından biri gömrük tariflərini artırmaq olacaq. 

Avtomobil sahəsində də maraqlı addımlar gözlənilir. Belə ki, Tramp idxal avtomobillərə gömrük rüsumunu artıraraq yerli idxalı dəstəkləməyi planlaşdırır. Bundan əlavə, ən ciddi dəyişiklik elektromobil sahəsində gözlənilir. Ağ Evin gələcək rəhbəri elektromobil alışı üçün subsidiyanı ləğv etmək istəyir. Onun fikrincə, elektrtomobil və avtomobil paralel inkişaf etməlidir. Eyni fikri Teslanın rəhbəri İlon Mask da dəstəkləyir.

Daha maraqlı məsələ isə Trampın avtomobil sənayesində standartları dəyişmək təşəbbüsüdür. O, gələn ildən etibarən ekoloji tələbləri 2019-cu il səviyyəsinə endirmək istəyir. Belə istehsal daha ucuz başa gəlsə də, ətraf mühit baxımından zərərlidir. Bu zaman avtomobillərin yanacaq sərfiyyatı 15%, mühərriklərdən çıxan qazların həcmi isə 25% artacaq. 

Lakin bunlar hamısı hələ ki, konsepsiyadır. Real vəziyyəti görmək üçün 2025-ci ili gözləmək lazımdır.

Vüqar Yaşaroğlu

Seçilən
16
avtosfer.az

1Mənbələr