İran Prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi İranın Kiberməkan Ali Şurası ölkədə "WhatsApp" və "Google Play"in blokdan çıxarılmasına qərar verib.
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumatda Ali Şuranın üzvlərinin "WhatsApp" və "Google Play"ə giriş məhdudiyyətlərinin aradan qaldırılmasının leyhinə səs verdiyi bildirilib.