Sosial şəbəkələrdə “Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə bir neçə video paylaşılıb.
Bu barədə açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, LUKOIL-Azərbaycan yanacaq doldurma məntəqələrində vurulan benzinin keyfiyyəti ilə bağlı demək olar ki, hər gün bir skandal çıxır ortaya.
Ekspertin sözlərinə görə, Hüquq-mühafizə orqanları və LUKOIL-Azərbaycan şirkətinin özü “EVDƏ HEÇ KİM YOXDUR” prinsipini əsas tutub heç bir reaksiya vermirlər”.