AZ

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə olunmuş ilk qrantı alıb

Ukrayna ABŞ-dən Rusiya Federasiyasının dondurulmuş aktivləri hesabına əldə edilmiş 1 milyard dollar məbləğində ilk qrantı alıb.
 
UNİAN bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
 
İlk dəfə olaraq dövlət büdcəsinə Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunmuş vəsait daxil olub.
 
"Ukraynanın dövlət büdcəsi Dünya Bankının İkinci İnkişaf Siyasəti Krediti (DPL) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarından 1 milyard dollar qrant alıb", - nazirliyin yaydığı bəyanatda deyilir.
 
Qeyd olunur ki, DPL proqramı Ukraynada xüsusilə dəmir yolu infrastrukturu, gömrük və vergi siyasəti, korrupsiyaya qarşı mübarizə, dövlət müəssisələri və özəl sektorun inkişafı ilə bağlı islahatları dəstəkləməyə yönəlib.
Seçilən
3
3
moderator.az

4Mənbələr