Türkiyə Mozambikə başsağlığı verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə baş verən "Çido" qasırğasının 94 nəfərin ölümünə səbəb olması dərin kədər yaradıb: "Bu acı xəbərdən sarsıldıq. Baş verən insan tələfatına görə dost Mozambik xalqına başsağlığı verir, "keçmiş olsun" deyirik".
Lamiyə Əhmədli
MİA.AZ