AZ

Bu ölkədə vəbadan ölənlərin sayı durmadan artır

Cənubi Sudanın şimalındakı Unity ştatında ötən həftə vəba 73 nəfərin həyatına son qoyub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Tamazuj" radiostansiyası vilayət hökumətinə istinadən məlumat yayıb.

Məlumata görə, 3,7 min yerli sakin virusa yoluxub. Bununla belə, ölənlərin sayı xeyli çox ola bilər, çünki 73 ölüm halı yalnız xəstəxanalarda qeydə alınıb.

Epidemiyanın episentri insanların yaşaması üçün heç bir əsas sanitar şəraitin olmadığı Unity ştatındakı qaçqın düşərgələri olub.(Report)

Seçilən
3
13
olke.az

10Mənbələr