İsrailin endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində Qəzza zolağında azı 21 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Qeyd edilib ki, hücumlar nəticəsində 51 nəfər yaralanıb.
İsrail artilleriyası həmçinin Cəbəliyyədə mühasirədə olan qaçqın düşərgəsindəki Əl-Avda xəstəxanasını atəşə tutub.