AZ

Suriyada silahlı qruplaşmalar Müdafiə Nazirliyinə qoşulurlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriya silahlı qüvvələri özlərini buraxmaq və ölkənin yeni Müdafiə Nazirliyinə qoşulmaq qərarına gəliblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Suriyanın SANA agentliyi məlumat verib.
Məlumata görə, müvafiq razılaşma Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əbu Məhəmməd əl-Culani ilə Bəşər Əsədin nəzarətində olan silahlı qüvvələrlə döyüşlərdə iştirak edən qruplaşmaların komandirləri ilə görüşdə əldə olunub.
Dekabrın 22-də əl-Culani təsdiqləyib ki, silahlı qruplaşmalar Suriyada yalnız ölkənin Müdafiə Nazirliyinin himayəsi altında mövcud ola bilərlər. Onun sözlərinə görə, qrup komandirlərinin əksəriyyəti Əsədə qarşı hərbi əməliyyat başlamazdan əvvəl də bu şərtlə razılaşıblar.
Suriyanın yeni hakimiyyət orqanlarının lideri daha sonra vurğulayıb ki, o, ölkədə silahların nəzarətsiz şəkildə dövriyyəsinə imkan verməyəcək: "Çünki müxtəlif silahlı qruplaşmalar inqilab mərhələsində mövcud ola bilərlər, lakin dövlətdən söhbət getdikdə, onların fəaliyyəti qaydaya salınmalıdır", - deyə o bildirib.
Bundan bir gün əvvəl isə məlum olub ki, Suriyanın keçid hökumətində müdafiə naziri vəzifəsinə Əbu əl-Həsən əl-Həməvi ləqəbi ilə də tanınan Murhaf Əbu Kəsra təyin edilib. O, bu ayın əvvəlində prezident Bəşər Əsədin hakimiyyətdən getməsinə nail olmuş müxtəlif müxalifət qüvvələrini birləşdirən Hərbi Əməliyyatlar Baş Komandanlığının rəhbərliyinin ən görkəmli üzvlərindən biridir.
Seçilən
3
47
oxu.az

10Mənbələr