Argentinanın şimal-qərbindəki Katamarka əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 14,5 minə yaxın insanın yaşadığı Tinoqasta şəhərindən 46 km cənub-şərqdə olub.
Zəlzələnin hiposentri yerin 131 km dərinliyində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.//APA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta